YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Büdcə layihəsi ölkəmizdə elm və təhsil sahəsində başlanılan islahatların davam etdirilməsinə imkan verir

«2017-ci il dövlət büdcəsinin formalaşdırılması çox dəqiq hesablamalar, proqnozlar, təhlillər tələb edib». Bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, hazırda dünyadakı qlobal iqtisadi böhran Azərbaycana da təsir göstərir.

«2017-ci ilin büdcə layihəsində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tamamlanması üçün vəsaitin ayrılması çox mühüm addımdır. Büdcədə elm və təhsil xərcləri də keçən illə müqayisədə demək olar ki, mümkün qədər qorunub saxlanılıb. Büdcə layihəsi ölkəmizdə təhsil sahəsində başlanılan islahatların davam etdirilməsinə imkan verir. Eyni zamanda, elm sahəsində aparılan islahatlar da davam edəcək»- deyə, İ. Həbibbəyli qeyd edib.