YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ombudsman: Gələn ilin büdcəsində rəqəmlər dəyişsə də, onun sosialyönümlülüyü saxlanılıb

«Gələn ilin büdcəsində rəqəmlər dəyişsə də, onun sosialyönümlülüyü saxlanılıb». Bu fikri İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova deyib.

E.Süleymanova bildirib ki, bu, insan hüquq və azadlıqları baxımından çox önəmlidir. Onun sözlərinə görə, sənədsiz evlərlə bağlı problemləri həll etmək üçün Milli Məclisdə qanun layihəsi hazırlanmalıdır.

«Bu cür evlərin sayı rəsmi şəkildə 500 mindir. Problemin həll edilməsi nəticəsində yığılan vergi və dövlət rüsümları büdcəyə əlavə vəsaitlər gətirə bilər. Bu böyük məbləğdir»- deyə, ombudsman qeyd edib.