YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycanda əhalinin sosial müdafiəsi daim dövlətin diqqət mərkəzindədir

“Azərbaycanda əhalinin sosial müdafiəsi daim dövlətin diqqət mərkəzindədir. Tarif Şurasının son qərarında da bu prinsip gözlənilir”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, verilən qərarda əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə, yeni tarif tənzimlənməsində də sosial siyasət əsas götürülüb. Onun sözlərinə görə, müəyyən kommunal xərclərin artımında diferensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunub.

“Bildiyiniz kimi, dövlətimizin siyasətinin təməlində Azərbaycan vətəndaşı dayanır. Bu mənada atılan bütün addımlar, verilən qərarlar vətəndaşların maraqları ilə uzlaşdırılır. Tarif Şurasının qərarı ilə əlaqədar cəmiyyətdə fərqli fikirlər ola bilər. Amma nəzərə almaq lazımdır ki, dünyada qlobal iqtisadi proseslər baş verir. Azərbaycan da dünyanın tərkib hissəsidir və təbii ki, bu proseslərin ölkəmizə müəyyən təsiri var. Amma Prezidentimizin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu təsirlər minimuma endirilib. Dövlət başçısının qeyd etdiyi kimi, ölkəmizdə heç bir sosial proqramlar təxirə salınmayıb və bundan sonra da belə olacaq. Bütövlükdə, Tarif Şurasının verdiyi qərarda da sosial ədalət prinsipi gözlənilir”, - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.