YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cao Zejun: Bizim Azərbaycanda strateji tərəfdaşlarımızın sayı ildən-ilə artır

“Huawei” şirkəti Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Bildiyiniz kimi, “Huawei” İKT sahəsində əsas həlledici rola malikdir. Bizim Azərbaycanda strateji tərəfdaşlarımızın sayı ildən-ilə artır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “HUAWEI Azərbaycan” şirkətinin baş icraçı direktoru Cao Zejun deyib.

“Huawei”nin dünya üzrə fəaliyyəti barədə məlumat verən Cao Zejun şirkətin 170 ölkədə nümayəndəliyinin olduğunu söyləyib. “Bu ildən “Huawei” smartfonlarına böyük tələbat yaranıb. Mobil operatorların bizim smartfonlara marağı artıb. Bu sahədə fəaliyyət göstərmək üçün bizim böyük potensialımız var”.

Şirkətin innovasiyalara investisiya yatırmağa önəm verdiyini bildirən Cao Zejun Azərbaycanda etibarlı tərəfdaşları ilə işlərini yeni məcrada inkişaf etdirəcəklərini vurğulayıb.

Qurumun planlarından danışan Cao Zejun gələn il “Gözəl Azərbaycan” layihəsini yenidən davam etdirəcəklərini bildirib. O deyib ki, Azərbaycanda yaşayan və işləyən hər bir şəxs ölkəmizi ürəkdən sevir. “Biz bu layihə ilə Azərbaycanın gözəl təbiəti, tarixi, mədəniyyəti və mehriban insanları barədə dünyanı məlumatlandırmaq istəyirik. Facebook, Youtube və digər sosial şəbəkələrdə paylaşımlarla biz bu layihənin əhatə dairəsini daha da genişləndirəcəyik”, - deyə Çao Zejun qeyd edib.