YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Nuriyev: Ölkə əhalisinin sayının artması vətəndaşlarımızın mənzilə tələbatının təmin olunması məsələsini daha da aktuallaşdırır

«Prezident İlham Əliyevin 2016-cı il 16 noyabr tarixli Fərmanı və “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin vətəndaşların güzəştlə əldə etməsi Qaydası” ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində son illər ərzində həyata keçirilən sosial siyasətin məntiqi davamıdır və olduqca mühüm əhəmiyyət kəsb edir». Bu fikri Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev deyib.

S.Nuriyev bildirib ki, müstəqillik dövründə Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu və genişmiqyaslı islahatlar ölkəmizdə iqtisadi və sosial mühitin yaxşılaşdırılmasına xidmət edir. Onun sözlərinə görə, həyata keçirilən uzaqgörən dövlət siyasəti sayəsində ölkəmizin dayanıqlı inkişafı təmin olunmaqla yanaşı, bir çox sosial problemlər öz həllini tapıb, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının daha da yüksəldilməsi istiqamətində mütərəqqi addımlar atılıb.

«Dövlət başçısının qarşıya qoyduğu məqsədlərdən biri də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Ölkə əhalisinin sayının artması vətəndaşlarımızın mənzilə tələbatının təmin olunması məsələsini daha da aktuallaşdırır. Xüsusilə də aztəminatlı vətəndaşların, gənc ailələrin mənzil probleminin həlli Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə kimi müəyyən edilib. İmzalanmış Fərman ölkədə aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi məsələsinə cənab Prezident tərəfindən ayrılan xüsusi diqqətin, habelə Azərbaycan Respublikası vətəndaşının maraqlarının təmin olunması məqsədilə sosial sahədə həyata keçirilən dövlət siyasətinin reallaşdırılması çərçivəsində aparılan islahatların davamlılığı ilə bağlı qətiyyətin göstəricisidir. Fərmanla təsdiq olunmuş Qayda vətəndaşların güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etməklə yanaşı, bu sistemin tam şəffaf şəkildə fəaliyyət göstərməsinə şərait yaradacaq»- deyə, S.Nuriyev vurğulayıb.