YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fərid Əyyar: Konqres Azərbaycanın dünyaya tanıdılması baxımından da bir fürsət oldu

Dünya Xəbər Agentliklərinin V Konqresinin yüksək səviyyədə keçirilməsi üçün böyük işlər görülüb. Mən Bakı Konqresinə hazırlıqla bağlı Şura iclaslarında da iştirak etmişəm və Azərbaycan tərəfinin göstərdiyi səylərin şəxsən şahidiyəm.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibi Fərid Əyyar deyib. O bildirib ki, dünyanın bütün qitələrindən media nümayəndələrinin təmsil olunduğu bu beynəlxalq tədbirdə çox aktual məsələlər müzakirə edildi. Medianın üzləşdiyi problemlərin həlli yolları ilə bağlı faydalı fikir mübadilələri aparıldı. Bu müzakirələr çox səmərəli nəticələr verəcək.

FANA-nın baş katibi vurğulayıb ki, Konqresin və OANA-nın XVI Baş Assambleyasının Şərqlə Qərbin qovuşuğunda yerləşən, multikulturalizm məkanı olan Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq miqyasda daha yaxından tanıdılması baxımından da bir fürsət oldu. Bu tədbirlərdə təmsil olunan nüfuza media qurumlarının diqqəti üç gün ərzində Azərbaycana yönəldi. Onlar Azərbaycanla bağlı reallıqları birbaşa dövlət başçısı İlham Əliyevin öz dilindən eşitdilər. Bunlar çox vacib məsələlərdir.

Azərbaycanın mötəbər tədbirlərin keçirildiyi bir məkana çevrildiyini diqqətə çatdıran Fərid Əyyar bildirib ki, Bakı artıq beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən biri kimi tanınır.

Bakıya əvvəllər də səfər etdiyini xatırladan baş katib burada yüksək qonaqpərvərliyin şahidi olduğunu söyləyib.