YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Gənclərin ictimai fəallığının artması onların qeyri-hökumət təşkilatlarının sayının dinamikasında da görünür

«Gənclərin ictimai fəallığının artması gənclər qurumları və qeyri-hökumət təşkilatlarının sayının dinamikasında  da görünür». Bu fikri gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, 10 il ərzində belə təşkilatların  sayı təxminən 5 dəfə artaraq 51-dən 250-yə qədər yüksəlib. Onun sözlərinə görə, son il ərzində xüsusilə rayonlarda gənclərin yaratdığı QHT-lərin sayında artım nəzərə çarpır.

 «Ötən il gənclər təşkilatlarına ayrılan ümumi büdcə 137 layihə üçün 5.540.991,40 manat olub. Müsabiqə əsasında 71 layihə seçilib və onlara 1.525.567 manat vəsait ayrılıb. O cümlədən, birgə və payçı kimi 66 layihəyə 4.015.424.40 manat vəsait ayrılıb»- deyə, nazir vurğulayıb.