YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xətai rayon təşkilatında partiyanın yaranmasının 24 illiyi qeyd olunub

YAP Xətai rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə  YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Komitə sədri Eldar İbrahimov, YAP Xətai rayon təşkilatı sədrinin müavini, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Könül Əfəndiyeva  və başqaları çıxış edərək, partiyanın keçdiyi şərəfli yoldan bəhs ediblər. Bildiriblər ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası hazırda  Prezident İlham Əliyevin rəhbərliyi  altında  uğurla inkişaf edir, tarixinə biri-birindən zəngin səhifələr yazır, yeni-yeni hədəflərə çatmaq üçün səylər göstərir.

Tədbirdə  partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqəsi təqdim olunub.  Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini,  müstəqil Azərbaycanın  keçdiyi inkişaf yolunu  əks etdirən film nümayiş etdirilib.