YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Qusarda Yeni Azərbaycan Partiyasının yaranmasının 24 illiyinə həsr olunmuş toplantı keçirilib

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatında YAP-ın yaranmasının 24 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin rayon təşkilatının qərargahındakı büstü önünə gül-çiçək düzüblər.
Tədbiri giriş sözü ilə açan YAP Siyasi Şuranın üzvü, partiyanın Qusar rayon təşkilatının sədri David İbramxəlilov YAP-ın 24 illik fəaliyyəti, keçdiyi inkişaf yolu barədə geniş məlumat verib.
Çıxışında Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP-ın Azərbaycanın müstəqil dövlət kimi inkişafındakı tarixi və əvəzolunmaz rolundan bəhs edən D.İbramxəlilov Ulu öndərin layiqli davamçısı, partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan çoxşaxəli siyasət barədə də danışıb.
Tədbirdə həmçinin YAP Qusar rayon təşkilatının sədr müavini Nadirşah Şirinov, rayon Ağsaqqallar Şurasının sədri Vahid Mehdixanov, YAP Qusar rayon təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Qlıçova, YAP Qusar rayon təşkilatının Gənclər Birliyinin sədri Zeynal Əskərov və partiya veteranı Telman Kazımov çıxış edərək Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının həyatında oynadığı xilaskarlıq missiyasından, müstəqil Azərbaycanın nailiyyətlərindən söz açıblar.
Tədbirin sonunda partiyanın veteranları olan Telman Kazımova və Zərifə Məmmədovaya qiymətli hədiyyələr, YAP sıralarına yeni qoşulmuş bir qrup gəncə isə üzvlük vəsiqələri təqdim olunub.

 

DİGƏR Partiya xəbərləri Arxiv