YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Yeni Azərbaycan Partiyası Azərbaycan tarixində Heydər Əliyev dühasının imzasıdır

«Yeni Azərbaycan Partiyası bir siyasi təşkilat kimi əslində, Azərbaycan xalqının sosial sifarişindən meydana çıxan bir partiyadır. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixində Heydər Əliyev dühasının imzasıdır, möhürüdür». Bu fikri Milli Məclisin deputatı, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki,  YAP qısa müddətdə Azərbaycan siyasi sisteminin ən güclü siyasi təşkilatına çevrilməklə, cəmiyyətdə dominant qüvvəyə çevrildi və bu, bu gün də belədir. Onun sözlərinə görə, partiya Azərbaycan cəmiyyətinə siyasi əxlaqla, siyasi mədəniyyətlə, eləcə də, siyasi hüquqla bağlı yeni dəyərlər gətirdi: «YAP fəaliyyət göstərdiyi bütün dövrlərdə opponentləri, yəni, müxalifət partiyaları və vətəndaş cəmiyyətinin digər subyektləri ilə münasibətlərini qarşılıqlı dialoq və sivil üsullarla qurmağa çalışdı. Azərbaycan cəmiyyətinə sadaladığımız dəyərləri gətirməklə, YAP özü də bir dəyərə çevrildi. Bu gün YAP Azərbaycan cəmiyyətində bir siyasi dəyərdir».

YAP-ın  ümumxalq partiyası olduğunu deyən millət vəkilinin fikrincə, bir siyasi təşkilat üçün bundan daha yüksək qiymət ola bilməz. Onun sözlərinə görə, YAP həmçinin, əldə etdiyi uğurlarla qələbələr partiyası olduğunu sübut edib. «Eyni zamanda, siyasi varislik YAP-ın əsas prinsiplərindən biridir. YAP milli dəyərlərə söykənərək inkişaf edir. Ona görə də, hazırda YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir. Məhz güclü siyasi təşkilatın beynəlxalq aləmdə nüfuzlu siyasi partiyalar tərəfindən qəbul edilməsinin səbəbi də onun xalqına söykənməsi, xalqdan qidalanmasıdır. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP bundan sonra da Azərbaycan xalqı qarşısında xidmətlərini davam etdirəcək və həmişə Azərbaycan xalqının partiyası olaraq qalacaq»- deyə, Hikmət Babaoğlu vurğulayıb.