YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Meinolf Ellers: Konqres xəbər agentlikləri arasında əməkdaşlığın genişləndirilməsində böyük rol oynayacaq

Azərbaycan “Xəbər agentlikləri üçün yeni çağırışlar” devizi altında keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresini yüksək səviyyədə təşkil edib. Bizim üçün yaradılan gözəl şəraitə görə təşkilatçılara minnətdarıq.

Bu fikirləri Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçısı Almaniyanın DPA agentliyinin baş texniki direktoru Meinolf Ellers AZƏRTAC-a müsahibəsində bildirib.

Meinolf Ellers deyib: “Tədbir füsunkar gözəlliyə malik möhtəşəm məkanda təşkil olunub. Qeyri-adi dizaynı olan bu memarlıq nümunəsi məni valeh etdi. Əminəm ki, dünyanın müxtəlif ölkələrinin xəbər agentliklərinin nümayəndələrinin qatıldığı bu Konqres əməkdaşlığın genişləndirilməsində, müasir jurnalistikanın, sosial medianın imkanlarını müzakirə etməkdə və bu sahədə bəzi problemlərin həll olunmasında böyük rol oynayacaq”.

Ölkəmizə ilk dəfə səfər etdiyini vurğulayan qonaq Bakının gözəlliyinə heyran olduğunu söyləyib.