YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: YAP cəmiyyətimizin həyatına yeni dəyərlər gətirib

«Ümummilli lideri Heydər Əliyevin şəxsi qətiyyəti və iradəsi hesabına yaradılan, bu gün bütün regionda lider partiya olan YAP-ın yaradılmasının 24 illiyi respublikamızda təntənəli şəkildə qeyd edilir». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Yeni Azərbaycan Partiyası ölkə vətəndaşlarının arzusunu reallaşdırmaq kimi bir missiyanı yerinə yetirir. Bununla yanaşı, partiya cəmiyyətimizin siyasi, sosial, iqtisadi həyatına yeni dəyərlər gətirib.

«Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçərək milli siyasi iradəni təmsil və xalqımızın mənafeyini ifadə edən avanqard siyasi qüvvəyə çevrilib. Bu gün də mövcud iqtidarın monolit birliyi nəticəsində Ümummilli liderimizin qurub yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla irəli gedir. Bu xətti əzmlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, dünya miqyasında böyük hörmət və nüfuza malik Prezident İlham Əliyevdir»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.