YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri Fransaya işgüzar səfər edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfər edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində Elmar Məmmədyarov noyabrın 17-də Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyrol ilə görüşəcək.

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti müzakirə olunacaq.