YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının yeni seçilmiş Prezidenti Rumen Radevə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının yeni seçilmiş Prezidenti Rumen Radevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan və Bolqarıstan arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, birgə səylərimizlə siyasi, iqtisadi və mədəni əlaqələrimizin daha da möhkəmlənməsinə, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına töhfə verəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Bolqarıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.”

 

 

DİGƏR Xəbərlər Arxiv