YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Klayv Marşal: Bakı Konqresində dünya mediasını düşündürən məsələlər müzakirə olunacaq

Noyabrın 16-da Bakıda işə başlayacaq Dünya Xəbər Agentliklərinin V Konqresində dünyanın aparıcı media qurumlarını düşündürən, narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Bu nüfuzlu tədbirə qatılan bütün xəbər agentliklərinin peşəkar gündəliyi var. İnanıram ki, noyabrın 16-17-də keçiriləcək mötəbər beynəlxalq tədbir dünya xəbər agentliklərinin qarşılaşdıqları aktual problemlərin həlli yollarının birgə müzakirəsi baxımından faydalı olacaq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal səsləndirib.

“Biz Konqresdə, həmçinin jurnalistlərin təhlükəsizliyi, xəbərə fərdi yanaşma metodları kimi vacib məsələləri də müzakirə edəcəyik”, - deyə K.Marşal bildirib.

Xatırladaq ki, noyabrın 16-dan 18-dək Bakıda Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclası keçiriləcək.

Tədbirin açılış mərasimi Heydər Əliyev Mərkəzində olacaq.