YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hana Qrosu: Bakı heyranedici görünüşü ilə nağıllar aləmini xatırladır

Dünyanın bir çox ölkəsində olmuşam. Bakı heyranedici görünüşü ilə mənə “Min bir gecə” nağıllarını xatirlatdı. Özümü bir anlığa sehrli nağıllar aləmində təsəvvür etdim. Şəhərinizin gözəlliyinə valeh olmuşam. İnsanların üzündəki təbəssüm və səmimiyyət hər kəsə xoş təsir bağışlayır. Azərbaycana bir daha gəlməyi çox istərdim.

Bu fikirləri Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçısı, Slovakiya Xəbər Agentliyinin departament müdiri xanım Hana Qrosu AZƏRTAC-a müsahibəsində bildirib.

Azərbaycana ilk dəfə gəldiyini deyən qonaq gözəlliyinə və memarlıq üslubuna görə Bakının Avropa paytaxtları arasında özünəməxsus yer tutduğunu, insanların qonaqpərvərliyinə heyran olduğunu qeyd edib.

“Bakıda çox səmimi qarşılandıq. Bizim üçün yaradılan şəraitə görə təşkilatçılara minnətdarıq”, - deyə Hana Qrosu vurğulayıb.