YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İntiqam Babayev: Müasir dünyada qlobal çağırışlar "Gənclər siyasəti haqqında" qanuna dəyişiklikləri zəruri edir

«Bu gün Azərbaycanın gənclər siyasəti modeli ilə beynəlxalq miqyasda razılaşırlar». Bu fikri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, müasir dünyada qlobal çağırışlar "Gənclər siyasəti haqqında" qanuna dəyişiklikləri zəruri edir.

«Dünyada yeni çağırışlar olduğundan Azərbaycanda da gənclər siyasətində müəyyən korrektələr etməyə və qanunu təkmiləşdirməyə ehtiyac yaranıb. Bütün bunları nəzərə alaraq, gənclər siyasətini daha da təkmilləşdirməyi zəruri hesab edirik. Bu səbəbdən də müvafiq qanuna yeniliklər nəzərdə tutulur»- deyə, nazir müavini vurğulayıb.