YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: “Elm haqqında” qanun Azərbaycanda elmin inkişafının təmini məqsədilə aparılan islahatların sürətləndirilməsinə səbəb olacaq

«Cari ildə qəbul olunmuş “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri, elmi fəaliyyət sahəsində dövlətin vəzifələri, elmi etika və əqli mülkiyyət hüququnun qorunmasına dair maddələr daxil edilib». Bu fikri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, qanunda elmi fəaliyyət sahəsində dövlətin əsas vəzifələrindən biri kimi əqli mülkiyyət hüququnun qorunmasının təmin edilməsi təsbit olunur. Onun sözlərinə görə, “Elm haqqında” qanunun qəbul edilməsi Azərbaycanda elmin inkişafının təmini məqsədilə aparılan islahatların sürətləndirilməsinə, universitetlər, elmi təşkilatlar, istehsalat və biznes müəssisələri arasında inteqrasiyanın möhkəmləndirilməsinə, ölkəmizdə fəaliyyət göstərən universitetlər və elmi təşkilatların beynəlxalq əlaqələrinin genişlənməsinə səbəb olacaq.

«Universitetlərdə və elmi tədqiqat institutlarında əqli mülkiyyət hüquqlarından danışanda əsasən elm tədqiqat, innovasiya və ixtiraçılıq fəaliyyətini nəzərdə tuturuq. Bu fəaliyyət nəticəsində mütərəqqi xarakterli yeniliklərin və əqli mülkiyyət obyektlərinin  yaradılması və tətbiqi təmin olunur. Yalnız Təhsil Nazirliyinə tabe olan ali təhsil müəssisələrində çalışan alimlər tərəfindən hər il 150-200 monoqrafiya, 600-dən artıq dərslik və dərs vəsaiti, 10.000-dən çox elmi məqalə və məruzə tezisi nəşr edilir, universitetlərin planlarına daxil olan mövzulara uyğun aparılan tədqiqatlarla yanaşı, müxtəlif müəssisə və şirkətlərin sifarişi əsasında tədqiqatlar yerinə yetirilir, yeni məhsullar və texnologiyalar yaradılır, ixtiralara patentlər alınır»- deyə, nazir vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv