YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail Ağamalı: ATƏT-in Minsk qrupu faktiki olaraq öz nüfuzunu itirib

«ATƏT-in Minsk qrupu faktiki olaraq öz nüfuzunu itirib. Bu qurum öz missiyasını yerinə yetirmir. Bir tərəfdən, böyük dövlətlərin toqquşan maraqları buna imkan vermir, digər tərəfdən isə, ikili standartlar buna mane olur». Bu fikirləri Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, həmsdərlik edən iki böyük dövlətdən biri fəallaşan kimi digəri narahatlıq keçirir, Fransanın isə Minsk qrupunda olub-olmadığı o qədər hiss olunmur. Onun fikrincə, Minsk qrupu 24 il ərzində faktiki olaraq Ermənistanın yanındadır, məhz status-kvonun dəyişilməməsinin başlıca səbəbi də budur.

«Həmsədr ölkələr status-kvonun dəyişməsinin vacibliyini bəyan ediblər, amma reallıqda həmin dövlətlər ortaya iradə qoymurlar. Ermənistan isə bu şəraitdən istifadə edir. Ermənistana ciddi təzyiqlər göstərilməlidir, işğalçı öz adı ilə çağırılmalıdır, bu ölkəyə ciddi təzyiq və təsirlər göstərilməli, hətta sanksiyalar tətbiq edilməlidir. Necə olur ki, BMT-nin qətnaməsi ilə bütün Qərb Liviyaya hərbi müdaxilə edir, amma bu təşkilatın ölkəmizin işğal edilmiş ərazilərinin azad edilməsi ilə bağlı 4 qətnaməsi olmasına baxmayaraq, Ermənistandan Azərbaycan torpaqlarını boşaltmaq tələb olunmur? Budur Minsk qrupunun əsl siması! Ona görə də biz əlverişli şəraitdə öz hüququmuzdan istifadə edərək işğal etmiş ərazilərimizi azad etməliyik»- deyə, F.Ağamalı qeyd edib.

DİGƏR Xəbərlər Arxiv