YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Müstəqillik dövründə Azərbaycanda yüksəkixtisaslı elmi kadrların hazırlanması sahəsində mühüm nailiyyətlər qazanılıb

«Müstəqillik dövründə Azərbaycanda yüksəkixtisaslı elmi kadrların hazırlanması sahəsində mühüm nailiyyətlər qazanılıb. İlk növbədə Azərbaycan Respublikasında elmi dərəcələrin və elmi adların dünya standartlarına uyğunlaşdırılması işi həyata keçirilib, buna uyğun olaraq dissertasiya şuraları yaradılıb və fəaliyyəti təmin edilib». Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, artıq Azərbaycan Respublikasının elm və ali təhsil müəssisələrində demək olar ki, elmin bütün sahələri üzrə dissertasiya şuralarında elmi dərəcələrə malik yüksəkixtisaslı mütəxəssislər hazırlanır.

«Hazırda Azərbaycan Respublikasında elmin müxtəlif sahələri üzrə 2.495 elmlər doktoru, 11.874 elmlər namizədi çalışmaqdadır. Azərbaycan Milli Elmlər Akademiyasına keçirilmiş seçkilərdə akademiklərin və müxbir üzvlərin də yeni nəsli yaranıb. İndi Azərbaycan Milli Elmlər Akademiyasının 63 həqiqi üzvü və 113 müxbir üzvü müxtəlif elm sahələrində uğurla fəaliyyətlərini davam etdirirlər. Elmin ən yeni və müasir istiqamətləri üzrə də yüksəkixtisaslı, elmi dərəcələrə malik mütəxəssislərin hazırlanması Azərbaycanın dövlət müstəqilliyinin mühüm nailiyyətidir»- deyə, İ.Həbibbəyli vurğulayıb.