Xəbərlər
Azərbaycan ilə Pakistan arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb
Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycan-Pakistan İşçi Qrupunun yeddinci görüşündə iştirak etmək məqsədilə Pakistan İslam Respublikasına səfər edib.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivləri, eləcə də görüləcək birgə tədbirlər nəzərdən keçirilib.
Tədbirin yekununda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikasının Birləşmiş Qərargahı arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.
Yüksək rütbəli heyətlərin iştirakı ilə İşçi Qrupunun görüşü hər il növbəli qaydada Azərbaycanda və Pakistanda keçirilir.