YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan minaatanlardan da istifadə etməklə cəbhədə vəziyyəti gərginləşdirir

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi oktyabrın 30-da axşam saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində minaatanlardan və qumbaraatanlardan istifadə edərək atəşkəs rejimini pozması ilə əlaqədar açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, açıqlamada deyilir: “Oktyabrın 30-da axşam saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin “AQS-17” tipli avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub. Qəti cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi bir daha xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”.