YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“The Washington Post”: Azərbaycan və İsraili sadəcə əməkdaşlıq deyil, daha çox məsələlər birləşdirir

Azərbaycan və İsrailin dostluğu neft və silahlanma ilə izah oluna bilməz. Bunu başa düşmək üçün siyasi və dini məsələləri kənara qoymaq və hər iki ölkənin tarixinə və mədəniyyətin onların həyatında tutduğu vacib rola diqqət yetirmək lazımdır. Bu barədə nüfuzlu ABŞ qəzeti “The Washington Post”da dərc olunan məqalədə deyilir.

Mədəni Diplomatiya Assosiasiyasının rəhbəri, ABŞ-da Qarabağ Fondunun icraçı direktoru Diana Koen Altmanın məqaləsində “25 illik dostluq münasibətləri, mədəniyyət və təhsil sahəsində mübadilələr, eləcə də möhkəm iş əlaqələri müsəlman əhalinin çoxluq təşkil etdiyi ölkə ilə İsrailin uğurla əməkdaşlıq edə biləcəyi şübhələrini kənara qoyur” - fikirləri yer alır.

 

DİGƏR Xəbərlər Arxiv