YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Azərbaycanda rəsmi səfərdədir

Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 30-da Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanı Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

Hava limanında jurnalistlərə müsahibə verən Rodriqo Maya Bakıya üçüncü dəfə səfər etdiyini, Braziliya parlamentinin sədri kimi isə ilk olaraq Azərbaycana gəldiyini bildirib. O deyib: “Ölkələrimizi birləşdirən neft, qaz və digər sənaye sahələri mövcuddur. Səfərimin məqsədi Braziliya ilə Azərbaycan arasında əlaqələri inkişaf etdirməkdir”.