YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbi Hava Qüvvələrinin döyüş hazırlığı yoxlanılıb

Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yoxlanılması məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi aviasiya bazalarından birində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Zakir Həsənov uçuş və texniki heyətlə görüş keçirib, hərbi aviasiyanın döyüşə hazırlığının səviyyəsini, onun imkanları və effektiv istifadəsini, uçuş-enmə zolaqlarını, trenajor siniflərini, yardımçı bina və tikililərin mövcud vəziyyətini yoxlayıb.

Zabit heyəti ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində qarşıya qoyulan vəzifələr bir daha diqqətə çatdırılıb.

Müdafiə nazirinə yerli istehsal olan yeni növ pilotsuz uçuş aparatlarının döyüş qabiliyyəti, praktiki uçuşları, heyətlərin hazırlığı və yerüstü idarəetmə stansiyasının imkanları nümayiş etdirilib.

Zakir Həsənov hərbi pilotların uçuş praktikası, onların təlim-məşq hazırlığının plana müvafiq şəkildə həyata keçirilməsi ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı qarşısında tapşırıqlar qoyub.