YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbi Hava Qüvvələrinin yeni təlim məşq poliqonu istifadəyə verilib

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrin inkişafı çərçivəsində Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və təlim-tədris sisteminin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Müdafiə Nazirliyindən bildiriblər ki, nazir general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin yeni istifadəyə verilən təlim məşq poliqonunun açılışında iştirak edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissənin ərazisində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.

Poliqonun tədris-maddi bazasının təyinatı və məşğələlərin təşkili prosesi ilə maraqlanan Müdafiə Nazirliyinin rəhbərliyinə məlumat verilib ki, yüksək texnologiyalar əsasında yaradılan mərkəzdə hava hücumundan müdafiə bölmələrinin döyüş heyətlərinin hazırlığı, real aviasiya və hədəflərə qarşı praktiki məşqlər, eləcə də müxtəlif tapşırıqlar icra olunur. Bildirilib ki, kompüter avadanlıqları və müasir avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş tədris korpusundakı aviasiyanın döyüşü idarəetmə, radiolokasiya, raket tuşlama, rabitə, taktiki və digər siniflərdə mərhələli təlim prosesi həyata keçirilir.

Zenit-raket, radiotexniki birləşmə və hissələrin, ordu birliklərinin hava hücumundan müdafiə bölmələrinin döyüş heyətlərinin praktiki hazırlığı üçün təlim meydançalarındakı tədris nöqtələrində olan nazirliyin rəhbərliyinə hərbi texnikanın istifadəsi ilə təlim-məşq prosesi nümayiş etdirilib.

 

DİGƏR Xəbərlər Arxiv