YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Qanunvericiliyə edilən dəyişikliklər dünyəvi dövlətçiliyimizin təməllərinin daha da möhkəmləndirilməsinə xidmət edir

«Dini ekstremizmə qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar bir sıra qanunlara edilən dəyişikliklər çox önəmlidir». Bu  fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, hazırda dünyada mürəkkəb proseslər baş verir. Onun sözlərinə görə, müəyyən xarici qüvvələr xüsusilə müsəlman ölkələrində qarşıdurmalar yaradır.

«Bu prosesdə din faktorundan istifadə olunur. Müəyyən dini cərəyanların, məzhəblərın   arasına nifaq salınır. Bunun nəticəsində həmin ölkələrdə sabitlik pozulur, günahsız insanlar qətlə yetirilir. Ölkəmizdə də belə qarşılıqlıq yaratmaq istəyən xarici qüvvələr var. Amma Azərbaycanda din dövlətdən ayrıdır və dini radikalizm ölkəmizdə kök sala bilməz. Qanunvericiliyə edilən dəyişikliklər də dünyəvi dövlətçiliyimizin təməllərinin daha da möhkəmləndirilməsinə xidmət edir»- deyə, M.Qasımlı qeyd edib.