YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 2,4 faiz artıb

2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi faktiki qiymətlərdə 4,61 milyard manat təşkil etməklə, 2015-ci ilin analoji dövrü ilə müqayisədə 2,4 faiz artıb. 

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, həmin dövr ərzində heyvandarlıq sahəsində məhsul istehsalı 3,1 faiz, bitkiçilik sahəsində isə 1,8 faiz artıb. 

Hesabata görə, oktyabrın 1-nə 959,6 min hektar ərazidən 2,84 milyon ton taxıl yığılıb ki, bu da ötən ilin yanvar-sentyabr ayları üzrə göstəricidən 2,2 faz çoxdur. 

Bundan başqa, 538,8 min ton meyvə, 98,7 min ton üzüm, 891,9 ton çay yığılıb ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu müvafiq olaraq meyvədə - 1 faiz, üzümdə - 11, 6 faiz, çayda 60,3 faiz artım deməkdir.