YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: «Kütləvi informasiya vasitələri haqqında» qanuna edilən son dəyişikliklər zəruridir

«Kütləvi informasiya vasitələri haqqında» qanuna edilən son dəyişikliklər zəruridir. Bu fikri Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, müəyyən dairələr bu dəyişikliyi söz azadlığının məhdudlaşdırılması kimi təqdim etməyə çalışır. Onun fikrincə, bu, yanlış bir yanaşmadır.

«Belə bir təcrübə dünya ölkələrində də mövcuddur. Qərb dövlətlərinin qanunvericiliyində də dini ekstremizmlə bağlı mübarizədə KİV-lərin üzərinə məsuliyyət qoyulur. Yəni bu istiqamətdə sərt mübarizə aparılır. Xaricdən idarə olunan bəzi saytlar var ki, dini radikalizmi və ekstremizmi təbliğ edir. Onlarla mübarizə aparmaq mürəkkəbdir. Hesab edirəm ki, bu məsələ hüquqi müstəvidə həll olunmalıdır»- deyə, Ə.Amaşov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv