YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı Limanı ilə Cibuti Limanı və Azad Ticarət Zonası arasında Anlaşma Memorandumu imzalanıb

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Cibuti Limanı və Azad Ticarət Zonası arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən bildirilib.

Limanlar arasında olan əməkdaşlıq əlaqələrini genişləndirəcək müqaviləni Bakı Limanının baş direktoru Taleh Ziyadov , Cibuti Limanı və Azad Ticarət Zonasının sədri Əbubəkir Ömər Hadi imzalayıblar. İmzalanmış memoranduma əsasən limanlar arasında təcrübə mübadiləsi də həyata keçiriləcək, liman idarəçiliyi, həm də liman heyətinin təlim və tədrisi sahələrində əməkdaşlıq aparılacaq.

Xatırladaq ki, cari ilin sentyabr ayında Bolqarıstanın Limanlar İnfrastrukturu şirkəti ilə də anlaşma memorandumu imzalanıb. 2015-ci ildə Bakı Limanı, Batumi Dəniz Limanı və Aktau Limanı arasında məqsədi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Əlaqələndirmə Komitəsinin təsis edilməsi və Transxəzər Nəqliyyat Dəhlizi vasitəsilə əlavə yük axınlarını cəlb etməkdən ibarət olan üçtərəfli Anlaşma Memorandumu imzalanıb. Yanvar ayında isə Bakıda keçirilmiş dördtərəfli görüşdə Ukrayna da Transxəzər marşrutuna qoşulub.

Həmçinin, Bakı Limanı son illərdə Antverpen, Panama, Aktau və Poti limanları ilə Anlaşma Memorandumu imzalayıb, Qətər və Sinqapur limanı ilə yaxın əməkdaşlığa cəlb olunub.