YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Binəli Yıldırıma təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırıma Türkiyənin milli bayramı – Respublika günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Türkiyə bu gün özünün iqtisadi yüksəlişi və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi ilə dünyada böyük nüfuz qazanmışdır. Dövlətçiliyinə qarşı yönəlmiş çevriliş cəhdinin sınağından mərdliklə çıxması Türkiyənin bir dövlət kimi qüdrətini, eləcə də ölkədəki sarsılmaz dövlət-xalq vəhdətini bir daha əyani şəkildə nümayiş etdirdi.

Azərbaycanla Türkiyəni möhkəm dostluq və qardaşlıq telləri, ortaq mənəvi dəyərlər və həmrəylik birləşdirir. İnanıram ki, ölkələrimizin birliyi və müttəfiqliyi bundan sonra da xalqlarımızın rifahına, qarşıya qoyduğumuz vəzifələrin həllinə, beynəlxalq məsələlərdə qarşılıqlı dəstəyimizin möhkəmlənməsinə xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və rifah arzulayıram.”