YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Amanda Pol: Avropa ərazi münaqişələrindən zərər çəkmiş ölkələri birmənalı şəkildə müdafiə etməlidir

Belçikanın “EU Observer” adlı nəşri Avropa İttifaqının əsas beyin mərkəzlərindən biri olan “Avropa Siyasət Mərkəzi”nin siyasi analitiki Amanda Polun “Azərbaycan və iki Avropa İttifaqı” sərlövhəli məqaləsini dərc edib.

Məqalədə Azərbaycanın müstəqil xarici siyasət xətti yeritdiyi qeyd edilir və göstərilir ki, “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan 6 dövlətdən Azərbaycan yeganə ölkədir ki, birmənalı şəkildə özünü nə Aİ, nə də Gömrük İttifaqı (Gİ) ilə bağlamışdır. Müəllif qeyd edir ki, Azərbaycan həssas regionda yerləşir və Rusiya Federasiyası ilə İran arasında bir növ “sendviç” rolunu oynayır. Bununla belə Gİ-ni və Aİ-ni seçmiş qonşularından fərqli olaraq Azərbaycan heç kimlə qarşıdurmaya girməmək üçün “seçim etməmək” siyasətinə üstünlük vermişdir. Eyni zamanda boru kəmərləri, NATO-nun proqramlarında iştirak kimi qərb layihələri göstərir ki, Azərbaycan qərblə əməkdaşlıqdan da imtina etmək niyyətində deyil.

Müəllif bildirir ki, Azərbaycan üçün Aİ etibarlı və mühüm tərəfdaşdır, qarşılıqlı əməkdaşlığın genişləndirilməsində hər iki tərəfin marağı vardır. Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun bu il iyunun 14-də “ADA” Universitetindəki nitqi bunu təsdiq edir.

A.Pol eyni zamanda yazır ki, münasibətlərdə problemlər də vardır. Məsələn, Azərbaycan Aİ-dən ölkənin ərazi bütövlüyü məsələsində ikili standartlardan uzaq olan birmənalı mövqe gözləyir. O, Gürcüstanın, Moldovanın və bu yaxınlarda həmçinin Ukraynanın itirdikləri ərazilər barəsində Brüsselin prinsipial mövqeyini misal göstərir.

Müəllif hesab edir ki, Avropa “Şərq tərəfdaşlığı” Proqramının iştirakçısı olan və ərazi münaqişələrindən zərər çəkmiş ölkələri birmənalı şəkildə müdafiə etməlidir. O belə bir fikirlə razıdır ki, Azərbaycanın iki qütbdən hər hansı biri ilə həddindən artıq yaxınlaşması onun suverenliyinə və müstəqilliyinə mənfi təsir göstərər.

Xatırladırıq ki, Amanda Pol 2013-cü ildə üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun işində fəal iştirak edib.