YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Hüquqi və demokratik dövlətdə vətəndaş cəmiyyətinin əvəzsiz rolu var

«Qeyri-hökumət təşkilatlarından qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində səmərəli təkliflər alırıq». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, konstruktiv, cəmiyyətin xeyrinə olan təkliflər həmişə nəzərə alınır.

«Hüquqi və demokratik dövlətdə vətəndaş cəmiyyətinin əvəzsiz rolu var. Dövlət orqanlarının QHT-lərin, mətbuatın qaldırdığı məsələlərə adekvat və çevik reaksiya verməsi bu gün ölkəmizin sabit inkişafına gətirib çıxarıb. Məhz bunun nəticəsidir ki, qonşu ölkələrdə müşahidə edilən siyasi kataklizmlər Azərbaycanda hiss edilmir»- deyə, komitə sədri qed edib.