YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Metyu Brayza: Klintonun prezidentliyi Azərbaycanla sıx münasibətlərin qurulmasında daha səmərəli olardı

ABŞ prezidentliyinə namizəd Hillari Klinton Azərbaycanla sıx münasibətlərin qurulmasında şübhəsiz ki, daha səmərəli olardı.

Bunu Trend-ə ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, H.Klinton Cənubi Qafqazda ABŞ və alyans ölkələrinin maraqlarını daha yaxşı irəli apara bilər: "Klinton regionun strateji mənzərəsi haqqında tam biliklərə malikdir".

M.Brayza narahatlığını bildirib ki, Donald Trampın mümkün prezidentliyi nəinki Cənubi Qafqazda, həm də bir çox digər bölgələrdə vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər.