YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Bu gün Azərbaycan dinamik inkişafına görə, nəinki Cənubi Qafqazın, eləcə də, Avropanın bir çox dövlətlərindən irəlidədir

«Həqiqətən də, bu gün Azərbaycan Respublikası stabil və dinamik inkişafına, həmçinin, çevik daxili və xarici siyasətinə görə, nəinki Cənubi Qafqazın, eləcə də, Avropanın bir çox dövlətlərindən irəlidədir». Bu fikri  Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, ölkəmizdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, həmçinin, sosial-iqtisadi islahatların siyasi reformalarla paralel həyata keçirilməsi nəticəsində Azərbaycanın timsalında iqtisadi inkişafın və demokratik tərəqqinin yeni nümunəsi formalaşıb. Odur ki, müasir dünyanın dövlətləri də Azərbaycanın təcrübəsini bölüşmək və düşdükləri vəziyyətdən çıxmaq üçün sözügüdən modelə müraciət edirlər.

«Azərbaycanın beynəlxalq qiymətləndirmə agentlikləri tərəfindən irəliləyən ölkə kimi dəyərləndirilməsi yürüdülən sosial-iqtisadi inkişaf strategiyasının səmərəliliyindən xəbər verir. Eyni zamanda, qeyd edim ki, Azərbaycanın sürətli inkişafı ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərə də ev sahibliyi etməsinə şərait yaradıb. Məhz, şahmat üzrə 2015-ci il Dünya Kuboku yarışlarının, 2016-cı il Dünya Şahmat Olimpiadasının və I Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsinin qərara alınması söylənilənlərin əyani sübutudur»- deyə, deputat qeyd edib.