YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Energetika sahəsində əsas prioritetlər interaktiv formatda müəyyənləşdiriləcək

İyulun 17-də Bakıda Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən INOGATE regional enerji proqramı çərçivəsində Aİ və Azərbaycan arasında əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

INOGATE texniki katibliyindən verilən məlumata görə, tədbirdə Azərbaycanda bu sahədə görülən işlərin nəticələri araşdırılacaq, həmçinin yaxın zamanda göstəriləcək köməyin əsas istiqamətləri müəyyənləşdiriləcək. Energetika sahəsində təcrübə mübadiləsi və ölkənin əsas prioritetlərinin müəyyənləşdirilməsi interaktiv formatda həyata keçiriləcək.

Regional proqram çərçivəsində enerji resurslarının inkişafı , energetika statistikası, energetika siyasətində standartların səmərəliliyin artırılması üzrə məruzələr dinləniləcək.

Həmçinin, Azərbaycanın enerji sektorunun aktual problemləri müzakirə olunacaq və gələcək planlardan danışılacaq.

INOGATE Aİ tərəfindən maliyyələşdirilən, tərəfdaş ölkələr, habelə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan, Ukrayna və Ermənistan arasında beynəlxalq enerji əməkdaşlığını dəstəkləyən proqramdır.

DİGƏR Xəbərlər Arxiv