YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Əliyev: Xəzər regionunda 2035-ci ilə qədər enerji ehtiyatları var və burada yeni kəşflər də gözlənilir

“Hazırda Xəzər regionundakı resurslarının 1,4%-i istehlak olunur . Burada mövcud olan qaz ehtiyatları dünyanın qaz ehtiyatlarının 7-11%, neft ehtiyatları isə 4-6%-ni təşkil edir”. Bu fikirləri energetika naziri Natiq Əliyev deyib. 

N.Əliyev bildirib ki, Xəzər regionunun ixrac potensialı kifayət qədədir. Onun sözlərin əgörə, dünyanı çox ciddi narahat edən problemlərdən biri enerji problemidir.

«Bu problemin aradan qaldırılması üçün dünyanın böyük dövlətləri çarələr axtarmağa başlayıb. Xəzər regionunda 2035-ci ilə qədər enerji ehtiyatları var və burada yeni kəşflər də gözlənilir. Yeni neft-qaz ehtiyatlarının kəşfi sahəsində 2035-ci ilə qədər ehtiyatların 2 dəfə artımı gözlənilir. Nəticədə ölkəmizin əhəmiyyəti artacaq və bu ölkəmizin gələcəyi naminə istifadə olunacaq»- deyə, nazir vurğulayıb.