YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz Məmmədov: Azərbaycan ötən 25 il ərzində uğurlu və şərəfli yol keçib

Oktyabrın 7-də Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr edilmiş “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransda məruzə ilə çıxış edən Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ötən 25 il ərzində Azərbaycanın uğurlu və şərəfli yol keçdiyini, ancaq bu müddətdə dünyanın keçdiyi yolun ürəkaçan olmadığını söyləyib. Novruz Məmmədov ötən müddətdə ölkəmizin çətin və ağır sınaqlardan da keçdiyini qeyd edib. Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyaya yeni inkişaf modelini təqdim edir. Azərbaycan “qara qızıl”ı insan kapitalına çevirmək yolu ilə uğurla irəliyə gedir.

Novruz Məmmədov qeyd edib ki, bu gün Azərbaycan balanslaşdırılmış, milli maraqlara əsaslanan xarici və daxili siyasət həyata keçirir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biridir. Ölkəmiz BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatına da üzv olub. Azərbaycan beynəlxalq antiterror koalisiyasına qoşularaq dünyada sülhün bərqərar olmasına öz töhfəsini verir.

Prezident Administrasiyası rəhbərinin müavini diqqətə çatdırıb ki, Azərbaycan Avropa ölkələri ilə də əlaqələri genişləndirir. Ölkəmiz, həmçinin Latın Amerikası, Afrika ölkələri ilə münasibətlərə önəm verir və bu əlaqələri inkişaf etdirir.