YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parisdə Azərbaycanın Dostları Assosasiyasının yenidən fəaliyyətə başlaması ilə bağlı mərasim keçirilmişdir

İyulun 14-də Parisdə Azərbaycan mədəniyyəti mərkəzində Azərbaycanın Dostları Assosasiyasının yenidən fəaliyyətə başlanmasına həsr olunan mərasim keçirilmişdir.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu assosasiyanın Fransanın Azərbaycanda ilk səfri olmuş Jan Perən tərəfindən təsis olunduğunu və diplomatın uzun müddət bu quruma rəhbərlik etdiyini bildirmişdir. Vurğulanmışdır ki, son illər ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir və münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Səfir demişdir ki, ölkələrimiz arsında əlaqələrə yeni dəyərlər vermək məqsədilə Milli Assambleyanın deputatı Jan-Fransua Mansel assosasiyanın fəaliyyətinin gücləndirilməsi təşəbbüsü ilə çıxış etmişdir.

Fransız və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində hələ çox işlərin görülməsinin vacibliyini vurğulayan səfir, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycan mədəniyyəti günlərinin yüksək səviyyədə keçirildiyini xatırlatmış, assosasiyasının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə və ölkəmizi fransızlara daha yaxından tanıtmaq istiqamətində mühüm layihələr həyata keçirəcəyinə ümidvar olduğunu bildirmişdir.

Azərbaycanın Dostları Assosasiyasının sədri Jan-Fransua Mansel xalqımızın qədim tarixini, zəngin mədəni dəyərlərini fransızlara daha yaxından tanıtmaq üçün bütün imkanlardan istifadə edəcəklərini, Azərbaycanla bağlı Fransada təşkil olunan müxtəlif tədbirlərdə assosasiyanın fəal iştirak edəcəyini və əməli köməklik göstərəcəyini diqqətə çatdırmışdır. O, Kannda ikinci dəfə Azərbaycan mədəniyyəti günləri ilə bağlı müxtəlif tədbirlərin yüksək səviyyədə keçirildiyini və bu tədbirlərin istər yerli sakinlər, istərsə də şəhərin qonaqları arasında böyük maraq doğurduğunu vurğulamşdır.

Sədr Azərbaycanla bağlı keçirilən tədbirlərin ölkələrimiz arasında əlaqələrin inkişafına yeni-yeni töhfələr verdiyini və bu tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini xüsusi qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycanın Cənubi Qafqazın lider və aparıcı ölkəsi kimi dünyada imici daha da yüksəlmişdir. Tolerantlığı ilə digər ölkələrdən fərqlənən Azərbaycanda yaşayan milli azlıqlarla yerli əhali arasında heç bir fərq qoyulmur, elə bu səbəbdən də digər ölkələrə əsl tolerantlıq nümunəsidir.

Jan-Fransua Mansel Azərbaycanı fransızlara daha yaxından tanıtmaq üçün onların Bakıya səfərlərinin təşkilinin, şəhərlər arasında qardaşlaşmanın vacibliyini diqqətə çatdırmış, ölkələrimiz arasında əlaqələrin genişlənməsi üçün qarşıda çoxlu işlərin görüləsi olduğunu və bu istiqamətdə əllərindən gələni əsirgəməyəcəklərini bildirmişdir.

Sonda fransız müsiqiçilərinin ufasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının klassik əsərləri əsərləri səslənmişdir.