YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Bu görüşlər ölkələrimiz arasında sıx əməkdaşlığın mövcudluğunun göstəricisidir

«Azərbaycan , Türkiyə və Gürcüstan parlamentilərinin üçtərəfli görüşü xüsusi əhəmiyyət daşıyır». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, bu ölkələrin münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Onun sözlərinə görə, üç dost və qardaş ölkənin parlamentlərinin komitə sədrlərinin görüşündə regionda baş verən proseslər və qarşılıqlı əməkdaşlıqla bağlı fikri mübadiləsi aparılıb.

«Hesab edirəm ki, bu görüş hər üç ölkə üçün tarixi toplantıdır. Bir müddət əvvəl hər üç ölkənin xarici işlər nazirlərinin də görüşü keçirilmişdi. Bütün bunlar ölkələrimiz arasında sıx əməkdaşlığın mövcudluğunun göstəricisidir»- deyə, komitə sədri vurğulayıb.