YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan inkişafının təməli qoyulub

«Azərbaycan 1969-cu ilə kimi SSRİ-nin tərkibində geridə qalan ölkələrdən biri idi. 45 il öncə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətinin inkişafının təməli qoyulub». Bu fikirləri AMEA prezidenti, akademik Akif Əlizadə deyib.

A. Əlizadə bildirib ki, bu gün ölkəmizin dünyada söz sahibinə çevrilməsində, güclənib-qüdrətlənməsində, xalqımızın rifah halının daha da yaxşılaşdırılmasında, eyni zamanda sabitliyin bərqərar olmasında Heydər Əliyev siyasəti əsas rol oynayır. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib.

«Ulu öndərimiz  Azərbaycan dövlətinin, xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün bütün gücü ilə işləyib. Heydər Əliyev hakimiyyətə gələrkən ölkənin gələcək inkişafının proqramını ortaya qoyub və bunun icrası istiqamətində mühüm işlər görüb. O, Azərbaycanı bugünkü firavan həyata gətirib çıxarıb. Bu gün ölkəmiz ildən-ilə inkişaf edir, Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir»- deyə, akademik vurğulayıb.