YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlığı uğurla davam etdirir

Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq uğurla davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, iyulun 3-12-də Avstriya Respublikasının Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında (IACA) "Təcrübə elmlə qovuşur" mövzusunda sayca 4-cü Yay Akademiyası (IACSA) keçirilmişdir.

Dünyanın 50-dən artıq dövlətindən 65 nümayəndənin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokurorları Sahib İsmayılov və Samir Mahmudov təmsil etmişlər.

Tədbirdə bir sıra mötəbər elm və araşdırma mərkəzlərinin professorları, habelə beynəlxalq təşkilatların və şirkətlərin rəhbər şəxsləri, ekspertləri transmilli cinayətkarlığın ən təhlükəli növü hesab edilən korrupsiyanın yaranma səbəbləri, onun qarşısının alınmasında innovativ mübarizə üsulları, qabaqlayıcı tədbirlər, bu sahədə qarşılıqlı beynəlxalq əməkdaşlığın rolu və digər mövzularda məruzələr söyləmişlər.

Kurslarda tədbir iştirakçıları işçi qruplarına bölünməklə praktiki tapşırıqların həll olunmasında aktiv iştirak etmiş, hər qrup tərəfindən mövzu üzrə təqdimatlar keçirilmiş, habelə interaktiv şəkildə keçirilən təlim zamanı tədbir iştirakçılarını maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılmışdır.

Azərbaycan təmsilçilərinin iştirak etdiyi qrup müvafiq tapşırıqların həllində xüsusi fəallıq göstərdiyinə görə Akademiyanın mükafatı ilə təltif olunmuşdur.

Tədbirin sonunda iştirakçılara IASCA-nı müvəffəqiyyətlə bitirmələrinə dair sertifikatlar təqdim olunmuşdur.

Azərbaycan Respublikası "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə dair müddəalara uyğun olaraq beynəlxalq təşkilatlarla, o cümlədən IACA ilə əməkdaşlığın genişləndirilməsi, birgə təhsil və tədris layihələrinin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.