YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Bakıda V Beynəlxalq Humanitar Forumunun keçirilməsi mühüm hadisədir

«Ölkəmizdə V Beynəlxalq Humanitar Forumunun keçirilməsi mühüm hadisədir». Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, Forumda dünyanın nüfuzlu siysi, elm, ictimai xadimləri iştirak edir. Onun sözlərinə görə, belə bir mötəbər beynəlxalq tədbirdə dünyada mövcud olan aktual məsələlər geniş müzakirə olunur.

«Bu fakt göstərir ki, beynəlxalq arenada Azərbaycanın rolu güclənir. Azərbaycan Şərqlə Qərbin, sivilizasiyaların  qovuşuğunda yerləşdiyi üçün bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi tamamilə məntiqəuyğundur. Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Bu gün öz işinə başlayan V Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın bir çox ölkələrindən nümayəndələr iştirak edir. Hesab edirəm ki, forumda müzakirə olunan məsələlər dünyada mövcud olan bir srıa problemlərin həlli baxımından əhəmiyyətlidir»- deyə, K.Əliyeva vurğulayıb.