YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Xalqımız Prezident İlham Əliyevin siyasətinə bir daha səs verdi

«Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı keçirilən referendumun nəticələri Azərbaycan xalqının iradəsinin parlaq ifadəsidir. Seçicilər yüksək fəallıqla səsvermə prosesində fəal iştirak etdilər və Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsünü dəstəklədilər». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki,  referendum azad, şəffaf və demokratik qaydada keçirildi. Onun sözlərinə görə, bu faktı təkcə yerli müşahidəçilər deyil, çoxsaylı beynəlxalq müşahidəçilər də təsdiqlədilər.  Xarici müşahidəçilərin də rəyi belə oldu ki, referendum qanunvericiliyə, demokratik və beynəlxalq standartlara uyğun şəkildə keçirilib.

«Referendumun nəticələri Azərbaycan xalqının cənab Prezidentə olan böyük etimadını və inamını bir daha təsdiqlədi. Seçicilərin 69,7 faizi səsvermədə iştirak edərək yüksək faizlə referenduma çıxarılan  məsələləri dəstəklədilər. Bununla da xalqımız Prezident İlham Əliyevin siyasətinə bir daha səs verdi. Vətəndaşlar başa düşürlər ki, Prezident İlham Əliyevin təşəbbüsləri  məhz  ölkəmizin dinamik inkişafına xidmət edir»- deyə, E.İbrahimov vurğulayıb.