YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Özbəkistanda yaşayan Azərbaycan vətəndaşları səsvermədə fəal iştirak edirlər

Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi (referendum) ölkəmizin Özbəkistandakı səfirliyində də uğurla davam edir.

Səfirlikdə 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 45 saylı seçki məntəqəsi saat 8-də açılıb. Bu seçki məntəqəsi üzrə 208 nəfər qeydiyyata alınıb.

Özbəkistanda yaşayan və işləyən Azərbaycan vətəndaşları seçki məntəqəsinə gələrək sərbəst şəkildə səs verirlər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev seçki məntəqəsində vətəndaşlarımızın sərbəst şəkildə səs verməsi üçün hər cür şəraitin yaradıldığını bildirib.