YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişlidə «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun seçicilərlə görüşü keçirildi

Sentyabrın 23-də İmişli rayonunda «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı seçicilərlə görüşü keçirildi.

Görüşdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirdi ki, Azərbaycanda müstəqil dövlətçiliyin sürətlə və hərtərəfli şəkildə inkişaf etməsi və ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi, eyni zamanda, dünya birliyində gedən müasir proseslər dövlət idarəetməsində və cəmiyyət həyatında daim yeni islahatların aparılmasını tələb edir. Azərbaycan Respublikası müstəqillik dövründə cəmiyyətin inkişafından doğan, zamanın sifarişi kimi meydana çıxan çağırışların işığında məqsədyönlü şəkildə keçirilən ardıcıl və genişmiqyaslı islahatların sayəsində irəli gedərək bugünkü yüksək inkişaf mərhələsinə gəlib çatmışdır. Daha doğrusu, inkişafın hər yeni mərhələsi növbəti islahatlara tələbatları doğurmuş və həmin islahatların həyata keçirilməsi də, öz növbəsində, böyük inkişafa təkan vermişdir. 
Tədbirdə Milli Məclisin deputatı Əsabil Qasımov çıxış edərək bildirdi ki, Konstitusiyanın cəmiyyətin müxtəlif sahələrində baş verən dəyişikliklərə adekvatlılığı sabit və davamlı inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, Konstitusiya islahatları cəmiyyətin inkişafına müvafiq olaraq vacib xarakter alır. Bu, ictimai münasibətləri səmərəli tənzimləməyə imkan verir, demokratik və hüquqi dövlətin etibarlı hüquqi mexanizmlərinin formalaşmasını təmin edir.
Görüşdə çıxış edən İmişli seçiciləri Konstitusiya islahatlarının ölkəmizin milli maraqlarına xidmət etdiyini diqqətə çatdıraraq, sözügedən Konstitusiya dəyişikliklərinə səs verəcəklərini bildirdilər.