YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Azərbaycanın atdığı bütün addımlar milli maraqlardan qaynaqlanır və onun müdafiəsinə xidmət edir

«Azərbaycan dövləti və rəhbərliyi beynəlxalq müstəvidə gedən  prosesləri diqqətlə izləməkdə və adekvat addımlar atmaqdadır». Bu fikri politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Azərbaycanın atdığı bütün addımlar milli maraqlardan qaynaqlanır və onun müdafiəsinə xidmət edir. Onun sözlərinə görə, Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı çıxışında xüsusi olaraq qeyd etdi ki, Azərbaycan dövləti açıq, prinsipial, ədalətli və beynəlxalq hüquq prinsiplərinə əsaslanan siyasət həyata keçirir.

«Azərbayacan istənilən beynəlxalq məsələdə prinsipial mövqe nümayiş etdirir. Bu yerdə xatırlatmağa dəyər ki, 2008-ci il fevralın 17-də Kosovo dövləti elan edilərkən Azərbaycan yenə də milli dövlətçilik maraqlarından çıxış edərək nəinki bu yeni dövlətin müstəqilliyini tanımadı, hətta bir qədər də irəli gedərək Kosovadakı sülhməramlı qüvvələrimi geri çağırdı. Hər kəsə bəlli idi ki, Kosovanı yaradanlar ABŞ və NATO idi. Deməli, Azərbaycan rəhbərliyi bu reallığa rəğmən, ölkəmizin milli maraqlarını hər şeydən üstün tutaraq məlum addımı atmışdı. Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü müdafiə ilə bağlı mövqeyini həzm edə bilməyən bir sıra "Jirinovski tipli siyasətçilər” ölkəmizin haqqında bəhs etdiyimiz 2008-ci ildəki davranışını unutmamalıdırlar»- deyə, politoloq qeyd edib.