YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Konstitusiya təklif edilən əlavə və dəyişikliklər müasir dövrün çağırışlarının tələbidir

«Konstitusiya təklif edilən əlavə və dəyişikliklər müasir dövrün çağırışlarının tələbidir». Bu fikri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, dəyişikliklər insan hüquq və azadlıqlarının qorunması, siyasi idarəçilik təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi kimi mühüm sahələri əhatə etməklə, olduqca mütərəqqi bir addımdır. Onun sözlərinə görə, bu dəyişikliklər Azərbaycanda siyasi və iqtisadi stabilliyin davamlılığını təmin etmək, dünyada cərəyan edən olduqca mürəkkəb proseslərin fonunda dövlətimizin təhlükəsizliyini qorumaq baxımından mühüm əhəmiyyət daşıyır.

«Ölkə qanunvericiliyi də təkmilləşdirilir, yeni mütərəqqi qanunlar qəbul olunur. Azərbaycan bu gün sürətli islahatlar dövrünü yaşayır. Həmçinin idarəetmənin təkmilləşdirilməsi, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində ciddi institusional islahatlar həyata keçirilib. Bütün bunlar isə Konstitusiyada əlavə və dəyişikliklər edilməsi zərurətini yaradıb»- deyə, T.Mirkişili vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv