YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehriban Əliyeva: Biz müasir müstəqil Azərbaycanda hökm sürən tolerantlıq, dözümlülük, qarşılıqlı hörmət şəraiti ilə fəxr edirik

“Bizim ölkəmiz Azərbaycan Avropa ilə Asiya arasında, sivilizasiyaların qovuşuğunda yerləşir. Təbii ki, minilliklərlə ölçülən tarix onun mədəni müxtəlifliyində çox böyük rol oynayıb, iz qoyub. Minilliklər boyu bizim ölkəmizin ərazisində müxtəlif millətlərdən, müxtəlif dinlərdən olan insanlar yaşayıb və həmişə sülh və dostluq şəraitində yaşayıb.” Bu fikirləri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılışı mərasimində çıxışında söyləyib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bildirib ki, Azərbaycanda heç vaxt konfessiyalararası və ya millətlərarası zəmində problemlər olmayıb. Bu gün biz müasir müstəqil Azərbaycanda hökm sürən tolerantlıq, dözümlülük, qarşılıqlı hörmət şəraiti ilə fəxr edirik. Biz müsəlman ölkəsi olmaqla ənənələrimizə, dinimizə, mədəniyyətimizə hörmət edirik. Lakin bununla bərabər biz dünyanın bütün mədəni müxtəlifliyinə eyni dərəcədə hörmətlə yanaşırıq.

DİGƏR Xəbərlər Arxiv