YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

«Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Hacıqabul şəhərində gənc seçicilərlə görüşü keçirildi

«Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı Hacıqabul şəhərində gənc seçicilərlə görüşü keçirildi.

Tədbirdə çıxış edən YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin sədri Saleh Ələsgərov bildirdi ki, Konstitusiyaya təklif olunan dəyişikliklər və əlavələrlə bağlı Referendum Aktı layihəsini imzalaması cənab Prezidentimizin ölkə vətəndaşına verdiyi yüksək qiymətin təzahürüdür. Ona görə də tam əminliklə demək olar ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti bu dəyişikliklərə səs verəcək: «Axı, bu, bir reallıqdır ki, Konstitusiya islahatları Azərbaycan dövlətinin yeni mərhələdə yeni inkşaf prioritetləri qazanmasına və ölkəmizin təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaqdır.»

Görüşdə «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bildirdi ki, hazırda Referendum Aktı layihəsi cəmiyyətimizdə geniş müzakirə olunur. Bu layihədə əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin etməklə sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq.

Görüşdə YAP Hacıqabul rayon təşkilatının aparat rəhbəri İsmayıl İbrahimov bildirdi ki, həyatımızda baş verən pozitiv dəyişikliklər vətəndaşların iqtisadi, sosial və siyasi proseslərdə daha geniş şəkildə iştirakının təmin edilməsini tələb edir.

YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin üzvü Şəbnəm  Mehdiyeva öz həmyaşıdları adından çıxış edərək bildirdi ki,  təklif olunan dəyişiklik və əlavələrlə tanışdırlar və 26 sentyabrda Konstitusiya islahatlarına yekdilliklə səs verəcəklər.

DİGƏR Xəbərlər Arxiv